1992-ci ildə Mardata adı ilə yaradılan şirkətimiz səhmdarların tərkibində edilən dəyişikliklərə uyğun olaraq, 1994-cü ildə Baysis, 2002-ci ildə Yaz Bilgi Sistemleri ve Ticaret A.Ş. adlandırılmışdır. Yaz şirkəti Core Banking proqram təminatı sayəsində maliyyə sektorunda başlayan peşəkarlığını iş proseslərinin idarə edilməsi və kənar resurslardan istifadə edilməsi, təşkilati məhsuldarlıq və iş intellektindən istifadə sahəsində tam hazır layihələr hazırlayaraq digər sektorlara da yaymışdır.
Şirkətlərdə baş verən həlledici dəyişiklikləri uğurlu şəkildə başa çatdıran, informasiya texnologiyaları şirkəti kimi tanınan Yaz, təcrübəli, çoxsaylı kadrları və elmi-texniki tədqiqatlar sahəsindəki stereotiplərdən kənara çıxan fəaliyyətləri sayəsində bu sektordakı azsaylı təşkilatlardan biridir. Müştərilərimiz – orta və iri təşkilatlar, banklar, holdinqlər, istehlakçı maliyyələşdirmə şirkətləri, xüsusi maliyyə institutları və telekommunikasiya şirkətləridir.
Core Banking proqramı vasitəsilə maliyyə sektorunda başlayan peşəkarlığımızı və təcrübəmizi iş proseslərinin idarə edilməsi, kənar resurslardan istifadə olunması, təşkilati məhsuldarlıq və iş intellektindən istifadə sahəsində tam hazır layihələr hazırlayaraq digər sektorlara yaymaq.
Ölkə daxilindəki və xaricindəki müştərilərimiz üçün proqram təminatı hazırlama və əlavə dəyər yaradan həll variantları təqdim etmək, Java, Oracle, .NET texnologiyalarından istifadə edərək hazırladığımız layihələr vasitəsilə müştəri şəbəkəmizi genişləndirmək:
Elmi-texniki tədqiqatlara investisiya qoyuluşları vasitəsilə texnoloji inkişafı məhsullarımızda əks etdirmək və yeni texnologiyalarla yeni məhsullar / bazarlar yaratmaq, etibarlı, həll variantları təmin edən, özünü daim inkişaf etdirən, daha yaxşı xidmət, daha xoşbəxt müştəri, daha xoşbəxt işçi fəlsəfəsini mənimsəyən bir təşkilat formalaşdırmaq;
Effektiv təlimlər vasitəsilə işçilərin bilik və bacarıqlarının inkişafına imkan yaratmaq, fərqlənən işçilərimizlə mükəmməl iş hədəfi müəyyənləşdirərək müştərilərimizin öz layihələrində vaxt, məzmun, keyfiyyət və büdcə ilə bağlı hədəflərinə nail ola bilmələrinə imkan yaratmaq…
Ölkə daxilində və xaricində mötəbərliyi, keyfiyyətli xidməti, layihə uğurları, təqdim edilən məhsul və xidmətlərdə fərqləri sayəsində qlobal ticarət nişanına çevrilmək; müştərilərimizə, işçilərimizə əlavə etdiyimiz dəyəri dayanıqlı və nəzərəçarpan şəkildə artırmaq üçün:
Ölkə daxilindəki və xaricindəki banklara proqram təminatı xidməti göstərmək, müştəri şəbəkəsini genişləndirmək,
Ölkə daxilindəki banklara və digər təşkilatlara spesifik məhsullar və kənar resurslardan istifadə xidməti göstərmək,
Müştərilərin ehtiyac və gözləntilərini keyfiyyətli xidmət vasitəsilə təmin etmək,
Məhsullarında istifadə etməkdə olduğu Java, Oracle və s. texnologiyalar vasitəsilə həyata keçirdiyi iri layihələri maliyyə sektorunun digər sahələrinə və maliyyə sektoru xaricinə çıxarmaq,
Etibarlı, həll variantı təqdim edən, özünü daim inkişaf etdirən, daha yaxşı xidmət, daha xoşbəxt müştəri, daha xoşbəxt işçi fəlsəfəsini mənimsəyən bir təşkilat formalaşdırmaq,
Elmi-texniki tədqiqatlara investisiya yatıraraq, məhsulların texnoloji inkişafını təmin etmək və yeni texnologiyalarla yeni məhsullar / yeni bazarlar yaratmaq,
COBIT-in həyata keçirilməsi üçün şirkət daxilində lazımi fəaliyyətlərin həyata keçirilməsi və əldə edilən təcrübənin satılması mümkün olan xidmətə çevrilməsini təmin etmək,
Effektiv təlimlər vasitəsilə işçilərin bilik və bacarıqlarının inkişafına imkan yaratmaq,
Yüksək səviyyəli işçilərimiz sayəsində mükəmməl iş hədəfi müəyyənləşdirərək, keyfiyyəti və texnoloji inkişafı 25 ildən artıq olan iş təcrübəmizlə bir araya gətirərək, müştərilərə rəqabətli, etibarlı, yüksək keyfiyyətli məhsullar təqdim etmək,
Ünsiyyət vasitələrini aktiv saxlayaraq keyfiyyətin idarə edilməsi sistemini müntəzəm şəkildə təkmilləşdirməkdir.
Şirkətimiz – şirkətin idarə edilməsi kimi keyfiyyətin idarə edilməsi sistemində əks olunmuş missiya, baxış və siyasətlərə əsasən, istənilən müəssisə və təşkilatlarda yerli və geniş domen şəbəkələrinə əsaslanan məlumat texnologiyaları infrastrukturunun quraşdırılmasını həyata keçirməkdə, idarəetmə və dəstək vasitəsilə operatorluq və məsləhət xidmətləri göstərməkdə, müəssisə və təşkilatların yüksək texniki məlumat bazası və təcrübə tələb edən məlumat emalına olan ehtiyaclarını kənar xidmətlər vasitəsilə təmin etməkdədir.
Məlumatların təhlükəsizliyi, təşkilatın və şirkətin istehsal etdiyi, hazırladığı və üzvləri qarşısında məsuliyyət daşıdığı məlumatların məxfiliyinin, tamlığının və istifadəyə yararlılığının qorunması fəaliyyətləridir.